Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Premyer Liqasının XXVIII turunun “Qarabağ”la oyununda (0:1) zədələnən “Sabah”ın futbolçusu Coy-Lens Mikelsin vəziyyətinə aydınlıq gəlib.
Hafta.az xəbər verir ki, Klubun məlumatına görə, üz nahiyəsində sınıq aşkarlanan hücumçu böyük ehtimalla Ağdam klubuna qarşı keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununu buraxacaq.
Premyer Liqanın bombardiri ilə bağlı son qərarı həkimlər verəcək.
Qeyd edək ki, "Sabah" - "Qarabağ" matçı aprelin 22-də "Bank Respublika Arena"da təşkil olunacaq. İlk görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.